Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb

Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb
İqtisadiyyat 29

Bu il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib.

BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, ilin əvvəli ilə müqayisədə 4,7 % çox, 2024-cü ilin eyni dövrünə nisbətən 8,9 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 37 milyard 596,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,5 %, ilin əvvəli ilə müqayisədə 2,6 %, ötən ilin eyni dövrünə nisbətən 8,5 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 483 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 0,6 % az, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 233,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

Son xəbərlər