Azərbaycanda fermerləri SEVİNDİRƏCƏK XƏBƏR

Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüləri ilə bağlı yeni qərar qəbul edib.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov BAKU.WS-ə açıqlamasında bildirib.
O qeyd edib ki, yeni qərara əsasən birillik bitkilər - arpa, buğda, çəltik və qarğıdalı üçün əsas və təkrar əkin subsidiyalarının alınması üçün ümumi əkin sahəsi 10 hektar və ya daha artıq olmalıdır:
"Çoxillik bitkilər - üzüm, çay, fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, alma, armud, gilas, xurma (xirnik), badam və qoz bağları üçün minimum əkin ölçülərinə uyğun olaraq sığortalanma tələb olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə bilər
Azərbaycanda pensiya yaşına az qalan şəxslərin işdən çıxarılmasının qadağan olunması təklif edilib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə Milli...
