Azərbaycanda əhali yanacağa 3 milyard 120,4 milyon manat xərcləyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 120,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Mövcud rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.
Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.
Oxşar xəbərlər
Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub
Sumqayıt Sənaye Parkında "BYD" "Azerbaijan Energy Automotive Factory" MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu "BakuBus" MMC-yə təqdim olunub. Bu barədə İq...
