Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi
17
avq
2026
17:56
2026-cı il avqust ayının 1-i vəziyyətinə ölkənin xarici dövlət borcu 4 milyard 590.8 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, ölkənin xarici dövlət borcu əvvəlki ilin eyni dövrünə nisbətən 7.5 faiz azalıb.
Ölkənin strateji valyuta ehtiyatları 2026-cı il avqust ayının 1-nə 86 milyard 814.9 milyon ABŞ dollarına çatıb və xarici dövlət borcunu 18.9 dəfə üstələyib.
Oxşar xəbərlər
IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinə dair 2026-2027-ci illər üzrə proqnozlarını nəzərəçarpacaq...