Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-mart aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 38 414 turist gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % azdır.
3 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 12 126 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,6 % çoxdur.
Bundan əlavə, İsraildən - 8 972 (+18,1 ), Küveytdən - 4 751 (-25,1 %), BƏƏ-dən - 4 750 (-54,4 %), Omandan – 2 513 (-33 %), Misirdən - 1 521 (- 7,4 %), İordaniyadan - 881 (-22,1 %) Bəhreyndən – 838 (+2,9 %), İraqdan - 818 (+36,8 %), Yəməndən - 434 (-23,7 %), Qətərdən – 415 (-21,1 %), Livandan – 164 (-50,2 %), Fələstindən – 135 (- 23,7 %) və Suriyadan 96 nəfər (+1,1 %) turist gəlib.
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...