Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?

Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?
Araşdırma
İqtisadiyyat 31

2025-ci ildə ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi 129,1 milyard manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2,8 milyard manat və ya 2,2 faiz artım deməkdir.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə verilən məlumata görə, son beş ilin göstəricilərinə nəzər saldıqda, ən yüksək ÜDM həcmi 2022-ci ildə qeydə alınıb.

Həmin ildə ÜDM 133,8 milyard manat təşkil edib. 2023-cü ildə isə ÜDM istehsalında azalma müşahidə olunub, əvvəlki illə müqayisədə 8,1 faiz və ya 10,8 milyard manat azalaraq 123 milyard manata düşüb.

Son beş il üzrə ən aşağı ÜDM göstəricisi 2021-ci ilə təsadüf edir. Bu dövrdə ÜDM istehsalının həcmi 92,9 milyard manat olub. Sözügedən azalma əsasən COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa mənfi təsiri ilə izah olunur.

Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?

2025-ci ildə ölkə üzrə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 1,8 faiz və ya 219,7 manat artaraq 12 602,2 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə adambaşına düşən ÜDM 12 382,5 manat olub.

2024-cü ildə isə adambaşına düşən ÜDM 2023-cü illə müqayisədə 2,2 faiz və ya 268 manat artım nümayiş etdirib.

Son illərin statistik göstəricilərinə əsasən, adambaşına düşən ÜDM-in ən yüksək səviyyəsi 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci ildə bu göstərici 9 269,3 manat olduğu halda, 2022-ci ildə 43,4 faiz və ya 4 022,9 manat artaraq 13 292,2 manata yüksəlib.

Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?

2025-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) 92,31 milyard manatı və ya 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ÜDM-in 67,8 faizi, yəni 85,71 milyard manatı məhz qeyri-neft-qaz sektoru hesabına formalaşıb.

Neft-qaz sektoruna gəldikdə, 2025-ci ildə bu sahə üzrə ÜDM-in həcmi 36,79 milyard manat təşkil edib ki, bu da ümumi ÜDM-in 28,5 faizinə bərabərdir. 2024-cü ildə isə neft-qaz sektorunun ÜDM-də payı 32,2 faiz, yəni 40,62 milyard manat olub.

Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarında dərc edilmiş məlumatlar əsasında aparılan təhlilə görə, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 56 milyard ABŞ dolları təşkil edib. Bu göstərici region ölkələri arasında ən yüksək nəticə hesab olunur.

Müqayisə üçün qeyd edək ki, Gürcüstanda eyni dövrdə 27,5 milyard ABŞ dolları həcmində ÜDM istehsalı qeydə alınıb ki, bu da Azərbaycan göstəricisindən təxminən iki dəfə azdır.

Ermənistanda isə 2025-ci ilin yanvar–sentyabr ayları üzrə ÜDM-in həcmi 20,2 milyard ABŞ dolları səviyyəsində olub.

Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?

Son xəbərlər