Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, iclasda "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir.
Sənəd parlamentə ötən həftə daxil olub.
Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 %), gəlirlər üzrə plan 2,1 % çox icra olunub.
2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 %) təşkil edib, proqnoz 94,9 % icra olunub.
2024-cü il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov BƏƏ ilə imzalanan sazişin əhəmiyyətini AÇIQLADI
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keç...