Azərbaycan "Oracle" və "Lummus Technology" şirkətləri ilə sənədlər imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və "Oracle" şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Lummus Technology" şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İqtisadiyyat Nazirliyi və "Oracle" arasında imzalanmış Memorandum ölkəmizdə rəqəmsal infrastrukturun yaradılmasını, müasir texnologiyaların tətbiqini, texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin edəcək. SOCAR və "Lummus Technology" arasında imzalanmış Saziş isə səmərəli həllər və sənaye texnologiyalarının tətbiqi istiqamətində işbirliyini əhatə edir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...