Azərbaycan İnvestisiya Şirkəti “OurCrowd” ilə müqavilə imzalayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında məlumat verib.
O bildirib ki, sənədə əsasən AİŞ Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya yatıracaq.
Azərbaycan İnvestisiya Şirkəti (@AIC_OJSC) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan OurCrowd şirkəti (@OurCrowd) arasında #investisiya müqaviləsi imzalanıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 29, 2022
1/2
Oxşar xəbərlər
Mikayıl Cabbarov İsrailin turizm naziri ilə görüşüb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşüb....