Mikayıl Cabbarov İsrailin turizm naziri ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə M.Cabbarov tvitter səhifəsində bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, ticarət və turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda səfərdə olan #İsrail-in turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri, həmkarım Yoel Razvozovla (@YRazvozov) ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər,
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 5, 2022
1/2

Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...