Mikayıl Cabbarov: “İlin əvvəlindən özəl sektora 48 milyon manat güzəştli kredit verilib” - FOTO

“Bu ilin yanvar-avqust aylarında özəl sektora dövlət dəstəyi çərçivəsində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib”.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6 %-i isə digər sahələrə verilib. Kreditlərin 97,5 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə nazir qeyd edib.
#Özəlsektor-a dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 #investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat #güzəştlikredit verilib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2021
Güzəştli kreditlərin 59,2%-i #kəndtəsərrüfatı, 24,2%-i #sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. #Kredit-lərin 97,5%-i mikro, kiçik və orta #sahibkarlıq subyektlərinin payına düşür.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2021

Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...