Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 32

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları, yaxud 0,67 % azalaraq 68,13 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,35 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,47 ABŞ dolları və ya 0,70 % azalaraq 66,61 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Son xəbərlər