Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində azalma müşahidə olunub. Belə ki, 1 barel neftin qiyməti 1,5 ABŞ dolları və ya 2,15 faiz azalaraq 68,14 dollara enib.
BAKU.WS xəbər verir ki, "Brent" markalı neftin iyun ayı üçün fyuçersləri 66,68 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB əsaslı satış qiymətinə görə "Azeri Light" nefti 1,49 dollar və ya 2,19 faiz ucuzlaşaraq 66,53 ABŞ dollarına qədər geriləyib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 70 dollar səviyyəsində götürülüb.
Xatırlatma üçün bildirək ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.
Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və bu layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Oxşar xəbərlər
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Baş n...