"SOCAR Polymer" 8 ayda ixracdan 176 milyon dollara yaxın gəlir əldə edib
29
sen
2026
12:36
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 175,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 14,9 milyon ABŞ dolları və yaxud 7,8 % azdır.
8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 207,3 milyon ABŞ dolları dəyərində qeyri-ne...