Azərbaycan nefti kəskin ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,28 ABŞ dolları, yaxud 6,24% azalaraq 109,36 ABŞ dollarına düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə “report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 102,37 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Oxşar xəbərlər
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olur. Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Gü...
