Azərbaycan nefti bahalaşmağa davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti artım nümayiş etdirib.
BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,78 ABŞ dolları (1,07 %) bahalaşaraq 73,71 ABŞ dollarına yüksəlib.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə eyni markalı neftin bir bareli 0,67 ABŞ dolları (0,95 %) artaraq 71,15 ABŞ dolları olub.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr fyuçersləri 69,88 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları nəzərdə tutulub. Azərbaycanda "Azeri Light" nefti "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...