Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.
"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.
Qərar sabahdan qüvvəyə minir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.
Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.
Oxşar xəbərlər
ABŞ-nin 70 illik bankı 51 filialını bağlayır
ABŞ-nin 70 ilə yaxın tarixi olan bank nəhəngi TD Bank 51 filialını və bir avtomobil xidməti məntəqəsini bağlayacağını açıqlayıb. Bankın məqsədi bu addımla 2,5 m...