Azərbaycan gömrüyü 11 ayda büdcəyə proqnozdan 150 milyon manat artıq vəsait köçürüb

Azərbaycan gömrüyü 11 ayda büdcəyə proqnozdan 150 milyon manat artıq vəsait köçürüb
İqtisadiyyat 38

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2.9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: "Halbuki, ötən il bu güzəştlərin dəyəri 2.3 milyard manat təşkil edib".

Natiq Şirinov qeyd edib ki, Azərbaycanda gömrük yığımlarının dövlət büdcəsinin gəlirlərində payı 18%-ə, o cümlədən büdcənin qeyri-neft-qaz gəlirlərində payı 34%-ə çatıb:

"Halbuki, 10 bundan əvvəl qeyd etdiyim göstəricilər 10%-dən aşağı olub."

Son xəbərlər