Azərbaycan elektrik avtobusları aldı
28
iyn
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Belarusun “Belkommunmaş” holdinqindən 4 elekriklə hərəkət edən avtobus alıb.“Report”un “BelTA” İnformasiya agentliyinə istinadən verdiyi məlumata görə, holdinq öz istehsalı olan 90-dan artıq elektrik avtobusunun satışını həyata keçirib.Bu avtobusların 90 ədədə yaxını ancaq Belarusdan olan alıcılara göndərilib və 4 ədəd elektrik avtobusu isə Azərbaycana ixrac edilib.Bundan başqa, hazırda elektrik avtobuslarının Gürcüstana tədarük edilməsi ilə bağlı perspektivlər işlənilir. Elektrik avtobuslarının iki nümunəsi Avropa standartlarına uyğun istehsal edilib.“Belkommunmaş” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin müdiri vəzifəsini icra edən Aleksandr Klakeviç bildirib ki, artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq.
Oxşar xəbərlər
Azərbaycan Avropaya elektrik enerjisinin ixracına başlayıb - VİDEO
“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.BAKU.WS xəbər verir ki, bunu “Report”a qurumun Mətbuat Mərkəzinin rə...