Azərbaycan əhalisinin bu il ərzağa verdiyi pulun həcmi açıqlandı
2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11 516,1 mln. manatlıq, o cümlədən 6 169,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 346,4 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6% azalıb.
Ümumilikdə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə çox olub.
2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9%-i ticarət müəssisələri, 48,3%-i fərdi sahibkarlar tərəfindən, 27,8%-i isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5% artıb, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda isə 15,1% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıblar.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Oxşar xəbərlər
Ən yüksək maaş verən rayonların SİYAHISI
Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər o...