AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
15
avq
2018
14:58
28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə. AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirib.“AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.“AZAL” aviaşirkətinin “Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.BAKU.WS
Oxşar xəbərlər
AZAL Lənkərandan Moskvaya birbaşa reys açır
İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.Reyslər “Airbus A320” təyyarələri ilə hər həft...