AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33 % artaraq tarixi maksimuma - 15,3 milyard ABŞ dollarına yüksəlib.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...