ADY-nin ilk "Dayanıqlılıq hesabatı"nın təqdimatı keçirilib

ADY-nin ilk Dayanıqlılıq hesabatının təqdimatı keçirilib
İqtisadiyyat 25

23 oktyabr tarixində "Gələcək üçün dayanıqlı nəqliyyat" mövzusunda keçirilən tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı" təqdim edilib.

BAKU.WS xəbər verir ki, tədbirin əsas mövzusu Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar olub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir

Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir. ADY tərəfindən bu istiqamətdə görülən işlər, əldə edilmiş nəticələr və gələcək planlar barədə danışan R.Rüstəmov bildirib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5%-dən az təşkil edir:

"Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib".

Son xəbərlər