ABŞ-ın dollar qərarından sonra manat kəskin ucuzlaşdı - 100 dollarda 7 manat

ABŞ-ın dollar qərarından sonra manat kəskin ucuzlaşdı -  100 dollarda 7 manat
İqtisadiyyat 6424

 

Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.

BAKU.WS-in məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, FES-in qərarından öncə "qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra "qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb:

"Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz. Əvvəllər bildirdiyim kimi, "qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dollar 1,95 manata satılır

Bakıda dollar 1,95 manata satılır

"Qara bazar”da dolların məzənnəsi kəskin yüksəlib. Virtualaz.org-a məlum olduğuna görə, Bakıda Amerika valyutası 1 dollara 1,95 manat məzənnəsi ilə satılmağa b...

3127 İqtisadiyyat 14:37 15 dekabr 2016

Son xəbərlər