ABŞ dolları qısamüddətli bahalaşa bilər
18
sen
2017
13:45
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 20-21-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyəcəyi, lakin balansını nə zaman azaltmağa başlayacağı tarixi açıqlayacağı gözlənilir."Report"un analitik qrupu bildirir ki, avqust ayında ABŞ-da illik inflyasiya gözləntiləri üstələyərək 1,9%-ə yüksəlib və hədəf - 2% həddinə maksimal dərəcədə yaxınlaşıb. Buna baxmayaraq, FED-in dekabr ayındakı son iclasa qədər inflyasiyanın dayanıqlı olaraq sürətlənməsini gözləmək istəyəcəyi ehtimal olunur. Həmçinin, FED qasırğaların iqtisadi artım tempinə sentyabr-noyabr aylarında necə təsir edəcəyini gözləyərək dekabrda qərar vermək istəyəcək.Analitik qrup bildirir ki, sentyabr ayında qasırğaların ABŞ iqtisadiyyatına mənfi təsiri müşahidə olunsa da, dağıntıların aradan qaldırılması məqsədilə aparılan sürətli işlər IV rübdə ÜDM artımını kəskin artıracaq. Son rübdə ABŞ-da ÜDM artımının 4% həddinə yaxın olması və hətta bunu üstələməsi proqnozlaşdırılır.Sentyabr iclasında FED-in 4,5 trln. dollar həcmində olan balansını nə zaman azaltmağa başlayacağı barədə açıqlaması gözlənilir. Qeyd edək ki, FED-in 4,5 trln. dollar həcmində balansının 40%-i və ya 1,8 trln. dollarlıq hissəsi ipoteka qiymətli kağızları, qalan 2,7 trln. dollarlıq hissəsi isə dövlət qiymətli kağızlarından ibarətdir. FED 2007-ci ildə başlayan maliyyə böhranı zamanı maliyyə bazarlarından qiymətli kağızları alıb, əvəzində bazara likvidlik verməyə başlayıb və bununla da böhranın qarşısını ala bilib. Nəticədə, FED 4,5 trln. dollar həcmində balansa sahib olub."Report"un analitik qrupu bildirir ki, sentyabrın 20-21-də keçiriləcək iclasda FED balansını azaltmaq barədə tarix açıqlasa, o zaman dolların məzənnəsində yüksəliş müşahidə oluna bilər. Nəticədə, əsas rəqib - avronun məzənnəsi 1,15 USD/EUR səviyyəsinə qədər geriləyə bilər. Lakin, dolların bu yüksəlişi qısamüddətli olacaq. Belə ki, ilin sonuna qədər Avropa Mərkəzi Bankının (ECB) da monetar ekspansiya proqramının başa çatdırılması barədə qərarını açıqlaması gözlənilir. Belə olarsa, avronun məzənnəsi güclənməyə başlayacaq. və bu əsas cütlüyünün məzənnəsi hazırkı şərtlər daxilində 1,15-1,21 USD/EUR diapazonunda, ABŞ iqtisadiyyatının yavaşlaması durumunda isə qısamüddətli olaraq 1,25 USD/EUR-a qədər yüksəldikdən sonra yenidən geriləyəcək.BAKU.WS
Oxşar xəbərlər
Proqnoz: Sabah dolların məzənnəsi kəskin arta bilər
Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər. "Report"un "Forexpf.ru" say...