Dollardan XƏBƏR VAR: ABŞ uçot dərəcəsini iki dəfə artıracaq

Dollardan XƏBƏR VAR: ABŞ uçot dərəcəsini iki dəfə artıracaq
İqtisadiyyat 4779
 

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə məlumat "The Wall Street Journal”ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib. 

Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.

Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiqabağı iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. Sorğuda iştirak edən ekspertlərin proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacaq. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.

BAKU.WS

Son xəbərlər