ABŞ açıqladı: dollar bütün dünyada bahalaşacaq
23
fev
2017
09:57
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.
FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan dolların bahalaşmasına cavab: ölkə iqtisadiyyatına təhlükədir
ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, infl...