Bu gün dollarla bağlı QƏRAR VERİLƏCƏK
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlamaları gözlənilir.
Bu barədə Report Vestifinance.ru saytına istinadən məlumat yayıb.
Son iclasda FES balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib. Analitiklər bu gün axşam bu barədə məlumat veriləcəyini gözləyirlər. Xatırladaq ki, iyunun 13-14-də keçirilən iclasda FES uçot dərəcəsini 1-1,25%-ə yüksəldib.
Bununla yanaşı, FES-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir. İnvestorlar FES-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsini isə dekabrda yüksəldəcəyini gözləyirlər. Hazırda fyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin, investorların diqqəti FES-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək.
FES-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.
BAKU.WS
Oxşar xəbərlər
Dollarla bağlı XƏBƏR VAR: FED-in iclası yekunlaşdı
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb. BAKU.WS-in məlumatına görə, FED uçot dərəcəsini 0,75-1% səviyyəsində sa...