ABŞ-dan dollarla bağlı mühüm açıqlama
"İnflyasiyada müsbət dinamika müşahidə olunana qədər ABŞ Mərkəzi Bankı (Fed) dolların faiz dərəcəsini artırmaq cəhdini dayandırmalıdır".
BAKU.WS-in məlumatına görə, bunu Filadelfiya Fed rəhbəri Patrik Harker söyləyib. "Delavar Universiteti"ndə çıxış edən Harker inflyasiyanın bu ilin ilk rübündə mənfiyə belə düşə biləcəyini proqnozlaşdırır.
Harker dolların uçot dərəcəsinin artırılmasının hazırda erkən bir addım olduğunu bildirib: "Hələlik faiz siyasəti ilə bağlı qəti bir fikrim yoxdur. Ancaq inflyasiya nəticələri möhkəmlənənə qədər ikinci bir faiz artımını gözləmək düzgün deyil".
Harker maliyyə bazarlarında görülən satışlara və aşağı inflyasiyanın risk meydana gətirməsinə baxmayaraq ABŞ iqtisadiyyatının əsas göstəriciləri haqqında optimist olduğunu söyləyib. Filadelfiya Fed rəhbəri ABŞ-ın maliyyə sisteminin yaxşı vəziyyətdə olduğunu ifadə edib.
Xatırladaq ki, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsi 10 ildən sonra faiz artırımı ilə bağlı qərar verib. Fed dolların uçot dərəcəsini 0,25% civarında artıraraq 0,50 faizə çatdırıb. Bu həddin 2% civarına qədər artırılacağı gözlənilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan gələn açıqlama dolları bahalaşdırdı
ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin ötən günki açıqlamalarında sonra dollar bahalaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Yellen iqtisadiyyatı...