Azərbaycan bu il 194 mln dollarlıq neft məhsulları ixrac edib
 
                            
                            
                                14
                                avq
                            
                                2020
                                14:27
                            
                            Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 705,8 min ton həcmində neft məhsulları ixrac edib.
BAKU.WS-in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 194,4 mln ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,13% olub.
Bu ilin yanvar-iyul ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,4% çox, dəyəri isə 36,6% azdır.
Oxşar xəbərlər
Ən yüksək maaş verən rayonların SİYAHISI
Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər o...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    