SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan 2022-ci ildə təbii qaz hasilatını 45 mlrd. kubmetrədək artıracaq".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda 38 mlrd. kubmetrdən çox qaz hasil ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 16,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,6% və ya 2 mlrd. kubmetr çoxdur. Ötən il bu göstərici 35,6 mlrd. kubmetrə yaxın olub.

BAKU.WS