Neft ucuzlaşdı, qaz bahalaşdı
 
                            ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 41,70 dollar təşkil edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,48% azalaraq 39,51 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,95% artaraq 1,708 ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Neft və təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, iyulda çatdırmaq şərti ilə t...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    