SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan cari ilin yanvar-fevral aylarında 105,7 milyon ABŞ dolları dəyərində neft idxal edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, iki ayda alınmış neft keçən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan neft alıb. Rusiyadan alınan neftin həcmi 45 min 965 ton, dəyəri isə 26,7 milyon dollar olub.

Gürcüstanın neft məhsulları aldığı ölkələrin reytinqində Azərbaycan 5-ci yerdədir. Qonşu ölkə yanvar-fevral aylarında Azərbaycandan 6,6 milyon dollarlıq neft alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azdır.

Gürcüstanın ən çox neft aldığı ölkələr sırasında Rumıniya (22,6 milyon dollar), Türkmənistan (19,3 milyon dollar), Bolqarıstan (9,8 milyon dollar), Türkiyə (6,5 milyon dollar) və digər ölkələr yer alıblar.

BAKU.WS