Azərbaycanın xarici dövlət borcu açıqlandı

"2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.
"Məqsədimiz 2020-ci ildə də qiymət artımını ötənilki səviyyədə saxlamaqdır", - o qeyd edib.
Bundan başqa, hökumət başçısının sözlərinə görə, ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir:
"2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”.
Oxşar xəbərlər
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlandı
Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də...
