SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu ilin əvvəlindən başlayaraq dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmağa başladı.


BAKU.WS
-in məlumatına görə, yanvar ayından neftin bir bareli 25-26 dollara satılırdı. Elə bundan sonra iqtisadiyyatı neftdən asılı olan bir çox ölkələrdə dərin böhran başladı. Hətta dünya bazarında böyük mövqeyə sahib olan Çin kimi ölkədə də iqtissadi artım tempi azalmağa başladı. Bu isə Çinin xam neftə olan tələbatını bir qədər də azaltdı. Nəticədə neftin qiyməti tarixi rekord həddədək azaldı. Ancaq görünür ki, bu mərhələ arxada qalmaqdadır. Neftin bir barrelə görə dəyəri 40 dollara yaxınlaşır. 


Rus iqtisadçılar hesab edirlər ki, neftin qiymətinin bahalaşması neft istehsal edən ölkələrin milli valyutasının dollara nisbətən möhkəmlənməsinə səbəb olacaq.

 

 

 

 

Credit Suisse-nin iqtisadçısı Aleksey Poqorelov deyir ki, rubl bundan sonra da dollara nisbətən bahalaşacaq. İqtisadçı neftin qiymətinin bahalaşmasının neftdən asılı olan ölkələrin milli valyutalarda hələ tam əks olunmadığını düşünür. O, deyir ki, bir müddətdən sonra bu ölkələrin milli valyutaları dollar qarşısında mövqelərini daha da möhkəmləndirəcəklər.

 

Göründüyü kimi dünyada neftin qiymətinin bahalaşması və iqtisadiyyatı neftdən asılı olan ölkələrin milli valyutalarının mövqeyinin möhkəmlənməsi prosesi getsə də Azərbaycanda bunun tam əksi baş verir. Manat son bir neçə gündə tarixi antirekord vuraraq USD/AZN rəsmi məzənnəsi 1,61051 səviyyəsində müəyyən olunub. 

 

Neftin qiymətinin bahalaşmasının davam edəcəyi təqdirdə manatın məzənnəsinin necə dəyişəcəyi maraq doğurur. Gözləyək. 

 

Ziya Babayev
BAKU.WS