SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 11,5 mln. ABŞ dolları təşkil edib.

Bu siyahıda növbəti yerləri “Azergold” QSC (9,4 mln. ABŞ dolları), “Azəralüminium” MMC (7,8 mln. ABŞ dolları), “Azərenerji” ASC (7,7 mln. ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (1,2 mln. ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (595,5 min dollar), “ASK Şüşə” MMC (166 min ABŞ dolları), “Bakı Neft Maşınqayırma Zavodu” ASC (47 min ABŞ dolları) bölüşdürür.

BAKU.WS