SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracı 25% artırıb
Bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin noyabr sayında göstərilib.
Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 189,6 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 151,5 mln. dollar olub.
Bu siyahıda növbəti yerləri "Azəralüminium" MMC (96,2 mln. dollar), "Azergold" QSC (70,3 mln. dollar),"Azərenerji" ASC (62,8 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (19,8 mln. dollar) "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (18,6 mln.dollar), “CTS-Agro” MMC (5,8 mln. dollar), “Azərtütün Aqrar Sənaye Kompleksi” (2 mln. dollar) “Azərikimya” (2 mln. dollar), Bakı Neft Maşınqayırma Zavodu" ASC (852,1 min dollar) bölüşdürür.
Oxşar xəbərlər
SOCAR-ın payına düşən 132 mln. barelə yaxın neft satılıb
2017-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətin payına düşən 131 682 405 barel xam neft satılıb.BAKU.WS “Report”a istinadən xəbər verir...