Tütün və onun sənaye əvəzediciləri ixracı 9% azalıb

Tütün və onun sənaye əvəzediciləri ixracı 9% azalıb
İqtisadiyyat 811
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 60 136,76 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 12 317,49 min dollar və yaxud 17% azdır.Bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 2,12%-ni təşkil edib.Hesabat dövründə Azərbaycandan 5 528,07 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 550 880 dollar və yaxud 9,06% azdır.Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,12%-nə bərabər olub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? (SİYAHI)

Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? (SİYAHI)

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4 fa...

1591 İqtisadiyyat 10:51 13 iyun 2018

Son xəbərlər