Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? (SİYAHI)
13
iyn
2018
10:51
2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 13,7 milyard manata bərabər olub.BAKU.WS-in məlumatına görə, ticarət dövriyyəsinin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,0 faiz üstələyib.Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9 faizi ticarət müəssisələri, 52,3 faizi fərdi sahibkarlar tərəfindən, 33,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,3 faiz artıb, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 0,5 faiz azalıb.Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda əhaliyə 5 milyard manata yaxın məhsul satılıb
2018-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4 milyard 713,0 milyon man...