Bakı əhalisi içki və tütünə bir ayda 694,9 milyon manat xərcləyib

Bakı əhalisi içki və tütünə bir ayda 694,9 milyon manat xərcləyib
İqtisadiyyat 1207
2018-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1 milyard 490,3 milyon manat olub.BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadla məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub.İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakı əhalisi ən çox nəyə pul xərcləyir?

Bakı əhalisi ən çox nəyə pul xərcləyir?

2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xid...

1563 Sosial 23:11 27 dekabr 2017

Son xəbərlər