Bakı əhalisi ən çox nəyə pul xərcləyir?
27
dek
2017
23:11
2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 mlrd. 964,1 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.Bakı Şəhər Statistika İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 1,7% üstələyərək 21 mlrd. 1,3 mln. manat olub.2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9% artaraq 16,601 mlrd. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-noyabr aylarının səviyyəsini 2,9% üstələyərək 16 mlrd. 596,7 mln. manat təşkil edib.İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat daha çox vəsait xərcləyib.Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 7 mlrd. 539,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6% artaraq 9 mlrd. 61,4 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8% artaraq 45,4% təşkil edib.Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,9%-i elektrik malları və mebelin, 2,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,2%-i əczaçılıq və tibbi malların, 6,9%-i avtomobil yanacağının, 25%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98%-i hüquqi şəxslərdən, 2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 389,9 mln. manata çatıb.“Report” D...