Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 24

Lənkəranda ötən axşam döyülərək komaya düşən 2010-cu il təvəllüdlü E.İbadova ağır xəsarət yetirməkdə şəxsin kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Kərgəlan kəndində E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 18 istiqamətdə tıxac yaranıb

Bakıda 18 istiqamətdə tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollard...

64 Hadisə 08:55 18 sentyabr 2026

Son xəbərlər