SİZİN REKLAM BURADA!
055 213 76 73


Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə həyatı ilə bağlı maraqlı əhvalat danışıb.

Həmin əhvalatı təqdim edirik:

"Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm.

İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi, evi neyləyirsən?

İndi bir kənddə, mənim balaca kəndimdə gör nə qədər dəyişikliklər olub. İndi də söz gəldi, gərək deyim. Atam Pirşağıda ev tikdirəndə bizim bu evimiz demək olar, kəndin bütün evlərindən yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu, böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm".

BAKU.WS
VİDEO