“Şahdəniz” yatağından hasilatın həcmi açıqlanıb

“Şahdəniz” yatağından hasilatın həcmi açıqlanıb
İqtisadiyyat 238

İşlənmənin əvvəlindən Xəzərin Azərbaycan sekorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 115 mlrd. kubmetr qaz və 27 mln. tondan çox kondensat hasil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xalq qəzeti”nə müsahibəsində məlumat verib.

“Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib. Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz” yatağının karbohidrogen ehtiyatları bir 1,200 trln. kubmetr qazdan və 240 mln. ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir”,- SOCAR-ın I vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. BP şirkətinin məlumatına görə, bu ilin 9 ayı ərzində "Şahdəniz” qaz-kondensat yatağından - “Alfa” və “Bravo” platformalarından birlikdə 12,2 mlrd kubmetr qaz və təqribən, 2,6 mln ton (21 mln barel) kondensat hasil edilib. Yataqdan hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər