"Total" “Abşeron” yatağından ilk qazın alınacağı tarixi AÇIQLADI
04
sen
2018
22:01
“Abşeron” yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə yatağın işlənməsi üzrə operator “Total” (Fransa) şirkətindən bildiriblər.Qeyd olunur ki, yatağın işlənməsinin birinci mərhələsi üzrə işlər davam edir:“Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır”.Şirkətdən bildiriblər ki, birinci mərhələ “erkən istehsal sxemi”nə əsaslanıb:“Qiymətləndirmə quyusu 35 kilometrlik sualtı xətlə "Neft Daşları" ilə əlaqələndirilib. "Neft Daşları"nda “Abşeron”dan qaz axınını əldə edəcək platforma tikiləcək. Burada qaz ehtiyatları ilkin emal olunacaq, daha sonra bu, mövcud müəssisələrə göndirələcək. İkinci mərhələyə gəldikdə isə, onun işlənməsi sxemi artıq müəyyən edilib. Bununla belə, birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatlara əsaslanmaq lazımdır”.“Total” şirkətindən həmçinin bildiriblər ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Ümid-Babək” yatağı üzrə danışıqlar davam etdirilir.Qeyd edək ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,5 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.Xatırladaq ki, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.BAKU.WS
Oxşar xəbərlər
Hansı banklar zərərlə işləyir? - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar cari ilin altı ayını zərərlə işləyiblər. BAKU.WS xəbər verir ki, bu bankların sırasına "MuğanBank”, "AG Bank”,...