OPEC gələn il ciddi çətinliklə üzləşəcək

17
noy
2019
21:00
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) rəqiblərinin neft istehsalının artması fonunda 2020-ci ildə ciddi çətinliklə üzləşəcək.BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.Bildirilir ki, OPEC və kartellə əməkdaşlıq edən digər ölkələrin yaratdığı "OPEC plus" dövlətləri 2020-ci ildə daha güclü rəqiblərlə qarşılaşacaq və bu, gələn ay keçiriləcək toplantının əsas müzakirə mövzusu olacaq."OPEC plus" ölkələri xam neftlərinə olan tələbatın azalması və rəqiblərinin hasilatının gündəlik 1,8 milyon barreldən 2,3 milyon barrelədək artacağının gözlənilməsi səbəbindən ciddi problemlə üzləşəcək", - deyə agentlik bildirib.Qedy edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.Xatırladaq ki, 2018-ci il dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.
Oxşar xəbərlər
OPEC Azərbaycanda neft hasilatına dair proqnozunu artırıb
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 10 min barel artıraraq 790 min barelə çatdırı...