Ötən il SOCAR-da orta aylıq əmək haqqı 8% artıb

Ötən il SOCAR-da orta aylıq əmək haqqı 8% artıb
İqtisadiyyat 377
2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 682,15 mln. manat təşkil edib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib.Hesabat əsasən, bu da 2017-ci il ilə (628,14 mln. manat) müqayisədə 54 mln manat və ya 8,6% çoxdur. 2018-ci ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 345,15 mln. manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 51% təşkil edib.2018-ci ildə Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 1 121,65 manat təşkil edib ki, bu da 2017- ci il ilə (1 037,30 manat) müqayısədə 84,34 manat və ya 8,13% artıb.

Oxşar xəbərlər

Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR

Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR

Dövlət Əmək Müfəttişliyi Xidməti 149 667 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib....

3935 İqtisadiyyat 12:04 22 yanvar 2019

Son xəbərlər