SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda neftin hasilatı orta hesabla 20 dollara başa gəlir.

BAKU.WS-in məlumatına görə, bu sözləri SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin "SRF” kanalına müsahibəsində deyib. Azərbaycanda neft hasilatı neçəyə başa gəlir? – sualına cavab olaraq E.Nəsirov qeyd edib: "Maya dəyəri 25 dollardan aşağıdır. Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir”.

E.Nəsirov bildirib ki, neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq.

O deyib ki, neft bolluğu və İranın da bazara daxil olması kimi proseslərin bazara təsiri mütləq hiss olunacaq. Lakin nefti aşağı maya dəyəri ilə təkcə İran və Səudiyyə Ərəbistanı hasil etmir. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək.
 
Azərtac
BAKU.WS