"Qarabağ"ın rəqiblərinin adları bəlli oldu

Qarabağın rəqiblərinin adları bəlli oldu
Foto
İdman 89

"Qarabağ" futbol klubu Avropa Liqasının təsnifat mərhələsi və yeni mövsüm üçün hazırlıqlara start verir.

BAKU.WS-in məlumatına görə, Ağdam təmsilçisi bu gün Bakıda bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıq mərhələsinin ilk hissəsi iyunun 22-dək davam edəcək.

Daha sonra komanda Avstriyaya yollanacaq. Tirol əyalətində keçiriləcək ikinci hazırlıq toplanışı iyulun 2-dək planlaşdırılır.

Təlim-məşq prosesi çərçivəsində "Qarabağ" üç yoxlama görüşü keçirəcək. İyunun 27-də komanda Sofiya ÇSKA-sı (Bolqarıstan) ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İyulun 1-də "Qarabağ" Ukraynanın "Metallist" klubu ilə üz-üzə gələcək. Həmin gün keçiriləcək ikinci oyunun start fiti saat 15:00-da səslənəcək.

Elə həmin gün axşam saatlarında komanda Macarıstanın "Ferentsvaroş" klubu ilə də yoxlama matçı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Rəqib iyunun 16-da keçiriləcək püşkatma mərasimindən sonra müəyyənləşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər