Tom Kruzun "2026 FİFA Dünya Kuboku"nda iştirakı müzakirələrə səbəb oldu

Tom Kruzun 2026 FİFA Dünya Kubokunda iştirakı müzakirələrə səbəb oldu
Şou-biznes 90

63 yaşlı Hollivud ulduzu Tom Kruzun xarici görünüşü yenidən gündəm olub.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, Tom, Los-Ancelesdə keçirilən futbol üzrə dünya çempionatına qatılıb və görünüşü ilə müzakirə obyektinə çevrilib.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

63 yaşlı aktyor mötəbər tədbirə İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem və onun modelyer xanımı Viktoriya ilə birlikdə qatılıb.

Fotoqraflar dostları VİP tribunada görüntüləyiblər. Kruz kameralar qarşısına qara kardiqan, şalvar və məxmər pencəkdə çıxıb.

Onun bu obrazını "aviator" tərzli eynək tamamlayıb.

İzləyicilər Kruzun xarici görünüşünə xeyli şərhlər yazıblar.

Onun görünüşünü bəyənməyib "Yenicə yuxudan oyanmış bir sifəti var", "Boyun nahiyəsində plastik əməliyyat etdirməsinin vaxtı çoxdan çatıb", "Bu adam heç Tom Kruza bənzəmir" kimi şərh yazanlar da olub, "O, möhtəşəmdir", "Tom heyranedici görünür. Hollivudun şarımı", "Paradoksal olsa da, Tom burada Bekhemdən daha gənc görünür" yazıb onu tərif edənlər də...

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər